Misli Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilmiş “Neftçi” – “Araz-Naxçıvan” oyunundan sonra baş məşqçi Elmar Baxşıyevin mətbuat konfransında səsləndirdiyi fikirlər: “Oyun gərgin keçdi. Hər iki komanda meydanda sona qədər mübarizə apardı. Futbolçularım bu gün yaxşı iş gördülər. Həm uda, həm də uduza bilərdik. Bir xal da bizim üçün vacibdir. Meydandakı işinə görə futbolçularıma təşəkkür edirəm.

Qarşımızda təşkilatlanmış, yaxşı komanda var idi. Səfərdə oynadığımıza görə futbolçulara fərqli tapşırıq vermişdik.  Amma meydana sırf heç-heçə etmək üçün çıxmamışdıq. Heyətimizdə zədəli və cəzalı futbolçular var. Onların yoxluğu fonunda bir xal da çox əhəmiyyətli idi”.